-
- 11-03-2019, 15:53
- 815
Deputat 18 yaşlı qıza görə zəng etdi
“Bu gün saytlarda Mingəçevirdə 18 yaşlı Səbinə Qarayevanın beşinci mərtəbənin yıxılıdığı xəbərini oxudum. Dərhal Mingəçevir səhiyyəsinin rəhbərinə zəng etdim və qızın səhhəti ilə maraqlandım. Ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəblərin balkonlarındakı sərgi iplərinə dəyə-dəyə yıxıldığına görə belə hadisə üçün az zədə alıb. Başı və və onurğa sümüyü ağır zədə almayıb, qolları sınıb və bədənində zədələri var”.
News24.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə şəxsi “facebook” səhisəsində yazıb. Aydın Mirzəzadə eləcə də hazırda Səbinə Qarayevanın vəziyyətinin stabil olduğunu qeyd edib:
“Mingəçevir tibbi sığortada olduğu üçün Səbinə tam səhiyyə hesabına müalicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Ciddi ehiyac yaranarsa, vəziyyətə uyğun olaraq ya Mingəçevirə Bakıdan təcrübəli mütəxəssis yollanacaq, ya da yaralı Bakıya gətiriləcək”.
Deputat 18 yaşlı qızın atası, nənəsi və qaynanası ilə danışdığını da əlavə edib:
“Səhiyyə rəhbəri ilə söhbətim barədə onlara məlumat verdim və qıza şəfa arzuladım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim. Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi ya da hədiyyə göndərəcəyimi bildirdim”.
Taleh BAĞIROV