-
- 29-08-2023, 14:48
- 384
Makronun Bakıya “hücumunun” arxasında nə dayanır? - Sensasion detal
“Makron yeni heç nə deməyib. Bu, hamının çoxdan öyrəşdiyi Parisin adi siyasətidir. Fransa hələ də Ermənistanı Rusiyadan qoparmaqda maraqlıdır. Bu gün həm Afrikada, həm də Ukraynada Paris və Moskva arasında ciddi qarşıdurma var. Rusiya ardıcıl olaraq Fransanı keçmiş təsir dairəsində olan müxtəlif ölkələrdən çıxarır. Məsələn, indi bu qarşıdurma Nigerdə dövlət çevrilişi fonunda mövcuddur. Afrikadakı Rusiya Fransanın imicinə böyük problemlər yaradır. Fransa isə güzgü görüntüsündə Cənubi Qafqazda Moskva üçün problemlər yaradır”.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirlərinə münasibət bildirən politoloq qeyd edib ki, Paris Ermənistan ictimai rəyinin gözündə Rusiyadan və onun müttəfiqinə münasibətindən daha müsbət görünmək istəyir.
“Fransa bu məsələdə nə qədər çox ermənipərəst mövqe tutsa, Qarabağ nizamlanmasında ciddi rol oynamaq üçün bir o qədər real imkanları azalır. Parisin son məqsədi Azərbaycanla Ermənistan arasında münasibətləri dövlətlərarası səviyyədə normallaşdırmaq deyil. Məqsəd informasiya şəraiti yaratmaq, Qarabağ məsələsini beynəlxalq gündəmdə təbliğ etməkdir. Hər bir belə addım Parisin, eləcə də İrəvanın fikrincə, Ermənistanda Rusiyaya qarşı mənfi münasibət formalaşdırır”, - o əlavə edib.
Markov qeyd edib ki, Fransa Ermənistanı Rusiyanın müttəfiqlərindən qoparıb öz tərəfinə çəkmək fürsəti güdür: “Parisin siyasəti anti-Rusiya və anti-Türkiyə yönümlüdür. Azərbaycan Türkiyənin müttəfiqidir, bunu Fransa çox da sevmir”.
Akqabay