40 ton humanitar yardım azad edilmiş ərazilərdə - FOTO - VİDEO
    • 29-08-2023, 17:45
    • 490

40 ton humanitar yardım azad edilmiş ərazilərdə - FOTO - VİDEO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq erməni işğalından azad olunmuş ərazilərə çatıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.

Ətraflı RTV-nin süjetində: