-
- 29-08-2023, 17:17
- 365
"Bu ermənilərin şousuna cavabdır" - Deputat
Xəbər veridyimiz kimi, Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb. Humanitar yardımı yollayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslanın məlumatına görə, ilkin olaraq 40 ton un göndərilib.
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Elman Məmmədov bildirdi ki, həmişə olduğu kimi, nəinki Qarabağda yaşayan, bütün dünya erməniləri haray salıb ki, guya Xankədidə yaşayanlar fəlakət yaşayırlar, acından ölürlər. Buna görə də təxribat karvanı düzəldib göndəriblər:
"Azərbaycan dəfələrlə bəyan edib ki, orada heç bir humanitar fəlakət yoxdur. Bu ermənilərin növbəti şousudur. Ermənilər bu yolla istəyilər ki, Azərbaycana qarşı təzyiqlər başlasın, BMT-də, Aİ-də dinləmələr keçirilsin və s. Ermənilərin yalandan hazırlanmış teatrına cavab vermək üçün humanitar yardım göndərmişik. Biz dəfələrlə demişik ki, yardım yalnız Azərbaycan tərəfindən yalnız Ağdam-Xankəndi yolu ilə göndərilə bilər. Mən əminliklə deyə bilərəm ki, ermənilər bu yardımı qəbul etməyəcəklər. Çünki onların buna ehtiyacı yoxdur. Ermənilər böyük kütlə ilə o tırların qarşısını kəsib, hoqqabazlıq edib nə oyunlar çıxaracaqlar biz onların şahidi olacağıq"
Aydan