İldırım körpünü partlatdı
    • 29-08-2023, 18:22
    • 619

İldırım körpünü partlatdı

Ukrayna və Belarus sərhədində körpü partladılıb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın "UNIAN" Teleqram kanalı məlumat yayıb.

Hadisə avqustun 29-da səhərə yaxın saat 3:30 radələrində Ukraynanın “Sloveçno” stansiyasından 800 metr aralıda baş verib.

İlkin məlumatlara görə, yaxınlıqda ildırım çaxması TM-62 tank əleyhinə minaların partlamasına səbəb olub. Nəticədə körpü dayaqları zədələnib.

Qumral