Təyyarəni ildırım vurdu
    • 29-08-2023, 16:45
    • 647

Təyyarəni ildırım vurdu

Kopenhagen hava limanında Sürixə uçan təyyarəni ildırım vurub. 

News24.az xəbər verir ki, bu barədə “The Aviation Herald” portalı məlumat yayıb.

Hadisə avqustun 27-də baş verib, ancaq təfərrüatlar indi məlum olub. Bütün sərnişinlər yerlərini aldıqdan sonra Skandinaviya Hava Yollarına məxsus təyyarə uçuş-enmə zolağından qalxmağa başlayıb. Bu zaman onu ildırım vurub. Təyyarə havaya qalxdıqdan 85 dəqiqə sonra hava limanına enib. Hadisə zamanı nə sərnişinlər, nə də ekipaj üzvləri xəsarət almayıb. Enişdən sonra təyyarə 20 saatdan çox yerdə qalıb.

Qumral