Ukrayna rusların yolunu bağlayır:  körpü vuruldu - Foto
    • 27-07-2022, 14:46
    • 608

Ukrayna rusların yolunu bağlayır: körpü vuruldu - Foto

Ukrayna silahlı qüvvələri yalnız Antonovski avtomobil körpüsünü deyil, yaxınlıqda yerləşən dəmir yolu körpüsünü də vurub.

News24.az UNİAN-a istinadən xəbər verir ki, işğal olunmuş Xerson vilayətinin administrasiyasının rəhbəri Vladimir Saldo deyib.

Onun sözlərinə görə, Antonovski körpüsü Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi olub. Uğurlu zərbələr sayəsində körpü sıradan çıxdı.

Ukrayna ordusu dəmir yolu körpüsünə iki raket atıb. Körpü avtomobil yolundan təxminən 5 kilometr aralıda yerləşir.