İşçiləri daşıyan avtobus qəzaya düşdü: 17 YARALI
    • 29-08-2023, 21:38
    • 362

İşçiləri daşıyan avtobus qəzaya düşdü: 17 YARALI

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda fındıq işçilərini daşıyan mikroavtobus ilə pikapın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəzada fındıq işçilərini daşıyan Ferhat Meçunun idarə etdiyi mikroavtobus qarşı tərəfdən gələn Səlahəddin Coşkunun idarə etdiyi pikapla toqquşub. 

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb. 
Günəş Mərd