Tiktok Qurana hücum edərək pul qazanan fenomenin HESABINI BLOKLADI
    • 29-08-2023, 23:40
    • 271

Tiktok Qurana hücum edərək pul qazanan fenomenin HESABINI BLOKLADI

Məşhur sosial media platforması TikTok İsveçdə Qurani-Kərimə hücumları ilə tanınan İraq əsilli Salvan Momikanın hesabında pul qazanma funksiyasını bağlayıb.

News24.az xəbər verir ki, bu barədə Tiktok rəsmisi "İsveçSR" dövlət radiosuna açıqlama verib.

Açıqlamada Momikanın hesabının monetizasiya funksiyasının deaktiv edildiyini təsdiqləyib.

Qeyd edək ki, bundan öncə Momika TikTokda canlı yayımlanan Qurana hücum videolarının bir milyondan çox izləyiciyə çatdığını bildirmişdi. 

Günəş Mərd