-
- 30-08-2023, 11:01
- 743
Paşinyan Araikdən imtina etdi: "Get problemlərini özünü həll et!"
Xankəndidə separatçıların qondarma “parlament”inin növbəti “iclas”ı keçirilib. Dünən axşam saat 21:00-da başlayan “iclas” altı saatdan çox davam edib.
News24.az xəbər verir ki, “Hraparak” nəşri separatçıların “iclas”ının kifayət qədər gərgin şəraitdə keçdiyini yazır.
İclasda terrorçu rejimin keçmiş “rəhbrələri” Bako Saakyan və Arkadi Qukasyan, Xankəndidəki separatçıların keçmiş “tş katibi” Samvel Babayan da iştirak ediblər. Digər separatçılar Hayk Xanumyan, anti-Rusiya yönümlü Artur Osipyan və Tiqran Tiqran da iclasda olub.
“İştirakçılar belə təəssürat yaradıblar ki, Araik Arutyunyan yaranmış vəziyyətdən çıxmaq üçün konsensus qərarı qəbul etmək üçün sessiyaya çağırıb. O, naəlaclıqla qeyd etdi ki, biz çıxılmaz vəziyyətdəyik”, - nəşr yazır.
Baş separatçı “iclas”da bildirib ki, hazırkı durumdan çıxmağın bir neçə yolu var. Bunlardan biri Bakı ilə Xankəndi arasında birbaşa dialoqa başlamaqdır.
“Daha gözləyəcək yerimiz yoxdur, öz problemlərimizlə baş-başa qalmışıq. Ruslardan heç bir gözləntimiz olmamalıdır”, - Arutyunyan deyib.
Separatçıların bu çıxışı zalda böyük hiddət yaradıb. Orada olanların yalnız kiçik bir hissəsi Arutyunyanın fikirləri ilə razılaşıblar. Samvel Babayan və digər separatçı komanda yoldaşları - Artur Osipyan və Tiqran Petrosyan, hətta Arutyunyanın “adamları” ona qarşı çıxıblar.
Separatçı Bako Saakyan Arutyunyana sual verib: İrəvana belə bir müraciət göndərmisinizmi və onlar sizə nə cavab veriblər? Araik Arutyunyan açıq şəkildə deyib ki, Ermənistan rəhbərliyi ona bildirib ki, “biz heç nə edə bilmərik, get problemlərini özünü həll et”.
“Keçmiş “prezident”lər Ağdamla ticarət yolundan imtina edərək, Rusiya tərəfi ilə daha fəal işləməyi məsləhət görüblər. Məsələ burasındadır ki, “artsax”ın Soros dairələrinin fikrincə, Lavrovun təklifi Ağdamla ticarət etməkdir. Lakin sonradan belə bir təklif almadıqları məlum olubv”, - erməni KİV iddia edir.
Arutyunyan altı saat davam edən “iclas”dan sonra Xankəndidə meydanlara toplaşanların qarşısına çıxıb. Baş separatçı “istefası” ilə bağlı məsələnin də müzakirə olunduğunu, lazım gələrsə, “istefa” ərizəsini təqdim edəcəyini bildirib.
“Krapark” yazır ki, Arutyunyanın bu söylədikləri yalandır, “iclasda” onun “istefası” məsələsi müzakirə olunmayıb.
“Hayk Xanumyan Arutyunyanın çıxışı zamanı bir neçə dəfə irad bildirib: əgər həll yollarını tapa bilmirsinizsə, istefa verin, gedin. Arutyunyan cavab verib ki, o təklif üzərində düşünəcək və yaxın günlərdə öz mövqeyini bildirəcək”, - nəşr qeyd edir.
Akqabay