-
- 30-08-2023, 13:05
- 219
Xarici KİV nümayəndələri Ağdam-Xankəndi yolunda - FOTO
Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yoluna gəliblər.
News24.az xəbər verir ki, bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Hazırda onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən məlumat verilir.
Belə ki, “Bloomberg”, “BBC”, “Reuters”, “Gettyimage” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları humanitar yüklər olan TIR-ların dayandığı ərazidə vəziyyətlə tanış olurlar.