Prezident İlham Əliyev Efiopiyanın dövlət başçısına başsağlığı verib
    • 11-03-2019, 17:32
    • 1 115

Prezident İlham Əliyev Efiopiyanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.

News24.Az bildirir ki, başsağlığı mətnində deyilir:
"Hörmətli xanım Prezident,
“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".