-
- 30-08-2023, 15:53
- 4 551
TƏCİLİ: Azərbaycan Fransanın TIR-larını BURAXMADI
Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət “humanitar yardım” karvanı Azərbaycan sərhədindən buraxılmayıb.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Qeyd olunur ki, rəsmi Bakı hazırda Azərbaycan-Ermənistan sərhədində olan “humanitar yardım” TIR-larını buraxmamaq barədə qərar verib.
“Azərbaycan Fransadan göndərilən humanitar yardımın Qarabağa daxil olmasına icazə verməyib. Bakı Ağdam-Xankəndi avtomobil yolundan istifadə etməyi təklif edib. Bu barədə mətbuat konfransı zamanı Fransa nümayəndə heyətinin üzvləri də məlumat veriblər”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, “humanitar yardım” TIR-ları Paris meri Ann İdalqonun başçılığı ilə sərhədimizə gəlib. “Humanitar” karvan bundan öncə İrəvanın göndərdiyi TIR-ların yanında yer alıb. Karvanı müşayiət edən Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycan sərhədində olub.
Akqabay