-
- 30-08-2023, 17:31
- 328
Sahil Babayevdən yeni təyinat - FOTO/VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin edilib.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Hüseynzadə Həmid Vəli oğlu qurumun İdarə Heyətinin sədri Anar Bayramovun müşaviri təyin olunub.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Həmid Hüseynzadə bundan əvvəl "SR Group Holdinq"də İT Departament Direktoru vəzifəsində çalışıb.