-
- 30-08-2023, 22:15
- 225
Paşinyan Paris meri ilə işçi nahar etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyəti ilə işçi nahar edib.
News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Fransanın bir sıra regionlarının Qarabağ əhalisinə “humanitar yardım” göstərilməsi adı altında “təşəbbüs”ünü yüksək qiymətləndirib.
Söhbət zamanı iki bacı Ermənistanla Fransanın münasibətləri, əməkdaşlığın mövcud səviyyəsi barədə fikir mübadiləsi aparılıb.
Leyla SƏMƏNDƏR