Moskvaya yenidən PUA hücumu edildi
    • 31-08-2023, 10:59
    • 155

Moskvaya yenidən PUA hücumu edildi

Bu gün Rusiyanın Voskresensk rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub. 

News24.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, ilkin məlumatlara görə, itki və dağıntı yoxdur. 

“Təcili yardım briqadaları hadisə yerindədir”, - Sobyanin qeyd edib.

Bundan əvvəl Moskvanın iki hava limanı - Vnukovo və Domodedovo uçuşların qəbulunu məhdudlaşdırıb, bir neçə onlarla reys təxirə salınıb, təyyarələrin bir hissəsi Şeremetyevoya yönləndirilin.

Akqabay