Zaxarovanın sözləri Ermənistanı
    • 31-08-2023, 16:04
    • 551

Zaxarovanın sözləri Ermənistanı "ÇALXALADI"

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarovanı “təcavüzə qarşı biganə olmaq”da ittiham edib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Mariya Zaxarovanın Qarabağdakı vəziyyətlə bağlı növbəti şərhi çaşdırıcıdır. 

“Rusiya tərəfi bu məsələdə ardıcıllıq nümayiş etdirmədi, hətta Ermənistanın suveren ərazisinə qarşı təcavüzə mütləq biganəlik nümayiş etdirdi və Ermənistanın Rusiyaya rəsmi məktubunu cavabsız qoydu”, - o deyib.

Badalyanın sözlərinə görə, Zaxarovanın Laçın dəhlizindəki vəziyyətlə bağlı dediyi sözlər “çaşqınlıq” yaradıb. 

Bundan öncə Zaxarova Ermənistanın rus sülhməramlılarına qarşı dediyi sözləri şərh edib. O qeyd edib ki, Laçın dəhlizində vəziyyətin qeyri-sabitliyinə görə Rusiya sühməramlı kontingentini günahlandırmaq düzgün deyil. 

Zaxarovanın sözlərinə görə, hazırda Laçın dəhlizindəki vəziyyət Ermənistanın Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir.

Aydan