Zaxarovanın sözləri əhəmiyyətsizdir - Moldova
    • 25-08-2023, 21:23
    • 262

Zaxarovanın sözləri əhəmiyyətsizdir - Moldova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına baxmayaraq, Moldova Ukraynaya hər cür yardım göstərməyə davam edəcək.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Moldova demokratik dəyərləri təbliğ edənlərlə əməkdaşlıq edir. Biz bundan sonra da ukraynalı dostlarımıza həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər cür yardım göstərəcəyik”, - məlumatda qeyd edilib

Qeyd edək ki, Mariya Zaxarova Moldova hakimiyyətinə Kişinyovun Ukraynaya dəstəyi gücləndirəcəyi təqdirdə yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.