Lukaşenko onları ittiham etdi
    • 31-08-2023, 17:39
    • 185

Lukaşenko onları ittiham etdi

Belarus lideri Aleksandr Lukaşenko Polşa və Baltikyanı dövlətlərin Vaqner Şəxsi Hərbi Şirkətinin keçmiş Sovet respublikasından çıxması ilə bağlı tələblərini əsassız və axmaqlıq adlandırıb.

News24.az xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib.

Lukaşenko Polşa və Baltikyanı liderləri onun respublikasında Vaqner döyüşçülərinin olması ilə bağlı qəsdən isteriya yaratmaqda ittiham edib.

Polşanın daxili işlər naziri Mariuş Kaminski bazar ertəsi latviyalı, litvalı və estoniyalı həmkarları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Varşavanın Vaqner qrupunun dərhal Belarus ərazisini tərk etməsi tələbi ilə Minskə müraciət etdiyini bildirib. Polşa və Baltikyanı ölkələr böyük insident olarsa, Belarusla sərhədi və bütün sərhəd keçid məntəqələrini bağlayacaqlar, deyə xəbərdarlıq edib.

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin öz ərazisində Vaqner dəstəsini yerləşdirməklə qonşuları üçün təhlükə yaratması ilə bağlı hər hansı fərziyyələri yalan adlandırıb.

Aydan