Priqojinin Belarusda olduğu təsdiqləndi, zəmanət verildi
    • 27-06-2023, 19:27
    • 362

Priqojinin Belarusda olduğu təsdiqləndi, zəmanət verildi

Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa gəldiyini təsdiqləyib.

News24.az​​​ xəbər verir ki, Lukaşenko Priqojinə təhlükəsizlik zəmanəti verildiyini söyləyib.

“Bəli, doğrudan da, o, bu gün Belarusdadır”, - deyə Lukaşenko vurğulayıb.

O, həmçinin bildirib ki, müdafiə naziri Viktor Xrenin "Vaqner"in Belarus ordusuna mane olmayacağını hesab edir. Lukaşenkonun sözlərinə görə, o, Xreninə muzdluların özü ilə bu məsələni müzakirə etməyi təklif edib.