Lukaşenko "Vaqner"lə bağlı Polşaya reaksiya verib: Getməyiblər
    • 1-08-2023, 18:02
    • 157

Lukaşenko "Vaqner"lə bağlı Polşaya reaksiya verib: Getməyiblər

Belarus  prezidenti Aleksandr Lukaşenko Varşavanın  “Vaqner” qırıcılarının Polşa ilə sərhədə doğru hərəkət etməsi ilə bağlı açıqlamalarına reaksiya verib. 
 
News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

“Eşitdim ki, bu yaxınlarda Polşa çılğınlaşdı ki, guya ora hansısa dəstə, 100-ə yaxın adam gedəcək. “Vaqner PMC”nin 100 nəfərlik dəstəsi ora getməyib”, - Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, əgər “Vaqner” qrupunun üzvləri köçüblərsə, bu, yalnız döyüş təcrübəsini Belarus ordusunun briqadalarına ötürmək məqsədi ilə olub. 

Lukaşenko həmçinin əlavə edib ki, respublikaya gələn “Vaqner” döyüşçüləri əvvəlki kimi müvəqqəti düşərgədə yerləşdirilib.

Arzu