Azərbaycanda baş həkim VƏFAT ETDİ
    • 1-09-2023, 09:59
    • 1 025

Azərbaycanda baş həkim VƏFAT ETDİ

TƏBİB Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb.

TƏBİB-dən News24.az-a verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.

O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.

Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.

1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.

1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.

2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.


***

Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi dünyasını dəyişib.

News24.az APA-ya istinadən xəbər verir ki, 53 yaşlı Paşayev Kamran Rafiq oğlu bu gün ürəktutmasından qəfil dünyasını dəyişib.

Hadisəninin təfərrüatları araşdırılır.