Proud Boys lideri 17 il azadlıqdan MƏHRUM EDİLDİ
    • 1-09-2023, 08:25
    • 139

Proud Boys lideri 17 il azadlıqdan MƏHRUM EDİLDİ

6 yanvar 2021-ci ildə ABŞ Konqresinə hücumla bağlı məhkəmə indiyə qədər çıxarılan ən ağır hökmlərdən biri ilə nəticələnib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, hücumdakı roluna görə ifrat sağçı "Proud Boys" qrupunun lideri 17 il həbs cəzasına məhkum edilib.

Prokurorlar hücumun "təhrikçisinin" Joe Biggs olduğunu iddia ediblər. 38 yaşlı Biggs ABŞ ordusunda hərbi xidmətdə olmuş veterandır.

Terrorçu olmadığını deyən Biggs, məhkəmədə "Cəzalandırılmalı olduğumu bilirəm və bunu anlayıram" deyib.
Günəş Mərd