Məşhur qrupun solisti yeniyetmə autizmli qıza təcavüzdə ittiham olunur
    • 9-12-2022, 10:30
    • 300

Məşhur qrupun solisti yeniyetmə autizmli qıza təcavüzdə ittiham olunur

“Backstreet boys” qrupunun solisti Nik Karter təcavüzdə ittiham edilib.

News24.az xəbər verir ki, ifaçının qurbanı autizmli Şennon Rut olub.  

Hadisə 2001-ci ildə, Rutun 17 yaşı olanda baş verib.

Avtoqraf seansından sonra qrupun menecerləri qızı kumiri ilə söhbət etmək üçün avtobusa dəvət ediblər. Orada ona tərkibində spirt olan zoğal suyu təklif edilib. 

Şennonun sözlərinə görə, ifaçı ona təcavüz edib və təhqir edib.

N.Karter qızı qorxudaraq, bu barədə kiməsə deyəcəyi halda onu həbs etricəyi ilə hədələyib.

Qorxusundan uzun müddət susan Şenon uzun müddətdən sonra Karteri məhkəməyə vermək qərarına gəlib. /TMZ/

Teymur Məmmədov