-
- 1-09-2023, 14:36
- 668
Sumqayıtın baş memarı məhkəməyə GƏTİRİLDİ - SƏBƏB
Sumqayıt şəhərinin baş memarı məhkəməyə gətirilib.
News24.az-ın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-şəhərin baş memarı Adil Xudadatov "Xural" tv-nin təsisçisi, hazırda həbsdə olan Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb. Baş memar Əvəz Zeynallının Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovla sövdələşməsi epizodi ilə bağlı ifadə verib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli