Rəsmi Bakıdan Almaniya XİN başçısına - CAVAB

Rəsmi Bakıdan Almaniya XİN başçısına - CAVAB Siyasət

Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir.

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə X-də Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib:

"Bu baxımdan Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur".

Qeyd edək ki, A.Berbok daha əvvəl Qarabağda fəlakətli vəziyyətin hökm sürdüyünü bildirmişdi.