Azad edilmiş ərazilərdə çox sayda mina AŞKARLANDI
    • 1-09-2023, 15:12
    • 156

Azad edilmiş ərazilərdə çox sayda mina AŞKARLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqust ayında aşkarlanan minaların sayını açıqlayıb.

News24.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.