-
- 1-09-2023, 17:33
- 868
Ordumuzun məhv etdiyi 37 yaşlı Mkrtçyan... - FOTO
Ermənistan 4 hərbçisinin məhv edildiyini, birinin yaralandığını rəsmi şəkildə açıqlayıb. Məhv edilən erməni hərbçilərdən Andranik Antonyan Zəngibasar (Masis) rayonunun Yengicə (Norabats) kəndinin sakinidir. 40 yaşlı Andranik orduda xidmət etmir, sadəcə, 25 günlük təlim-məşq toplantısı adı altında çağırılıb.
News24.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, bu, Ermənistanın təlim-məşq toplantısı altında canlı qüvvə topladığını və təxribata öncədən hazırlaşdığını təsdiq edir.
Ermənistan mətbuatı ordumuzun məhv etdiyi digər hərbçinin - Arsen Mkrtçyanın fotosunu dərc edib və onun 25 günlük təlimin iştirakçısı olduğunu, avqustun 15-də çağırıldığını yazıb. 1986-cı il təvəllüdlü Mkrtçyan da Zəngibasar (Masis) rayonunun Yengicə (Norabats) kəndindəndir.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Ordumuz cavab tədbirləri görür.
Akqabay