Almaniyanın Ukrayna ilə bağlı şok planı:
    • 1-09-2023, 18:26
    • 97

Almaniyanın Ukrayna ilə bağlı şok planı: "QƏRB ÖLKƏLƏRİ MƏXFİ ŞƏKİLDƏ..."

Almaniyanın Ukrayna münaqişəsi ilə bağlı planı üzə məlum olub.

News24.az xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.

 “Almaniya hakimiyyəti Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqların mümkünlüyünü analitik mərkəz ekspertləri ilə məxfi şəkildə müzakirə edir. Qərb ölkələri Kiyevin əks-hücumunun uğursuzluğundan getdikcə daha çox məyus olur və münaqişəyə son qoymaq üçün “B planı” tapmağa çalışırlar. Lakin Berlin və Vaşinqton ehtiyat edir ki, Qərb Rusiyanın iştirakı ilə danışıqlara başlasa, Moskva bu addımı zəiflik əlaməti hesab edəcək. Almaniya rəsmiləri münaqişəni sülh yolu ilə nizamlamağa çalışır və Rusiyanın danışıqlar masasına necə gətirilə biləcəyini araşdırırlar, lakin bunu yalnız güvən və etibarlı beyin mərkəzləri ilə edirlər”, - məqalədə qeyd olunur.

Ayşən