Türkiyənin Ədirnə vilayətində meşəlik ərazidə yanğın başlayıb
    • 1-09-2023, 20:08
    • 150

Türkiyənin Ədirnə vilayətində meşəlik ərazidə yanğın başlayıb

Türkiyənin Ədirnə vilayətində meşəlik ərazidə yanğın başlayıb.

News24.az “Report”a istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılıb.

Yanğının söndürülməsinə havadan və qurudan müdaxilələr edilir.

Hadisənin başvermə səbəbi araşdırılır.