Türkiyənin turizm rayonunda yanğın başlayıb
    • 13-07-2022, 16:41
    • 344

Türkiyənin turizm rayonunda yanğın başlayıb

Türkiyənin Muğla vilayətində yenidən meşə yanğını başlayıb.

News24.az xəbər verir ki, Datça turistik bölgəsində başlayan yanğının söndürülməsi üçün 5 təyyarə, 9 helikopter və 30-dan çox digər texnika cəlb edilib.

Yanğınla mübarizəyə hərbçilər də qoşulub.

Qeyd olunur ki, bölgədə əsən külək yanğının qarşısının alınmasında çətinliklər yaradır. Bölgədən keçən avtomobil yolu hərəkət üçün bağlanıb.

Xatırladaq ki, Muğla vilayətində iyunun sonunda meşə yanğını baş vermişdi. Həmin yanğın nəticəsində 4,5 min kvadrat kilometrə yaxın meşəlik məhv olmuşdu.