Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşib
    • 1-09-2023, 22:39
    • 211

Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşib

Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024 avrokubok mövsümünün püşkatma mərasimi keçirilib.

News24.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən "Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq. "Zirə" isə F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit" ilə münasibətləri aydınlaşdıracaq.

Digər Azərbaycan klubu "Zəngəzur" Avropa Kubokunda çıxış edəcək. A qrupunda rəqiblər "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) klublarıdır.