ABŞ Ukraynaya tükənmiş uran mərmiləri göndərəcək
    • 2-09-2023, 01:37
    • 158

ABŞ Ukraynaya tükənmiş uran mərmiləri göndərəcək

Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda Ukraynaya tərkibində tükənmiş uran olan zirehli deşici sursat göndərəcək. 

News24.az "Reuters"ə istinadən xəbər verir ki, transferi iki ABŞ rəsmisi təsdiqləyib.

Bildirilib ki, bu mərmilər gələn həftə Ukraynaya təqdim olunacaq yeni hərbi yardım paketinin bir hissəsidir. 

Sursat ABŞ-ın Abrams tankları üçün nəzərdə tutulub.

Leyla SƏMƏNDƏR