-
- 12-03-2019, 11:43
- 608
Bakıda mütəşəkkil qruplaşma üzvləri tutulub - FOTO
Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulublar.
DİN-in Mətbuat Xidmətindən News24.az-a Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.
Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri ilə müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə, müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayırı vətəndaşlara külli miqdarda ziyan vurublar. Müəyyən olunub ki, onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.
Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.
Bakı şəhər Baş Polis İdarəsi tövsiyyə edir ki, sürücülər avtomobillərin gözlə görünən yerlərində əşyalar saxlamasın, avtomobilləri əsasən işıqlandırılmış küçələrdə, “Təhlükəsiz şəhər” kamerasının əhatə dairəsində yaxın yerlərdə saxlamağa üstünlük versinlər. Avtomobillərin qapılarını açılıb bağlayarkən, bank kartı vasitəsilə terminallarda pul-valyuta əməliyyatı həyata keçirərkən diqqətli olsunlar. Qeyri-müəyyən, naməlum şəraitdə avtomobillərin və bank kartlarının talanması halları ilə bağlı faktlar varsa, polisə məlumat verilsin.
Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırlması davam etdirilir.