-
- 11-02-2020, 10:45
- 885
Bakıda marketdə adam öldürən şəxs tutuldu - RƏSMİ
Bakı şəhər Baş Polis İdarəsi marketdə baş verən qətllə bağlı məlumat yayıb.
News24.az xəbər verir ki, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.