Medvedev Navalnının siyasi fırıldaqçı adlandırdı
    • 28-04-2021, 16:50
    • 458

Medvedev Navalnının siyasi fırıldaqçı adlandırdı

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bloger Aleksey Navalnını karyerasını yalan mübahisələr üzərində qurmağa çalışan siyasi fırıldaqçı adlandırıb.

News24.az xəbər verir ki, D.Medvedev A.Navalnının siyasi dələduz olduğuna inandığını bildirib: "Onun siyasi dələduz olduğuna inanıram. Karyerasını əsassız mübahisələr üzərində qurmağa çalışan, qəsdən yalan arqumentlərdən istifadə edən adamdır".

Dmitri Medvedevin fikrincə, A.Navalnı həyatda ilk addımlarını atan, hələ də tamamilə təcrübəsiz olan gənclər də daxil olmaqla çox sayda insanı öz dağıdıcı fəaliyyətinə cəlb etməyə çalışır.