Medvedev NATO-nu hədələdi: DARMADAĞIN EDİLƏCƏK
    • 8-08-2023, 11:13
    • 226

Medvedev NATO-nu hədələdi: DARMADAĞIN EDİLƏCƏK

“Bütün NATO sistemi Rusiyaya qarşı praktiki olaraq açıq döyüşür, lakin düşmənlər darmadağın ediləcək”.

News24.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Bütün NATO sistemi praktiki olaraq bizə qarşı açıq mübarizə aparır. Xüsusi hərbi əməliyyatın bütün tapşırıqlarını həll etmək üçün kifayət qədər gücümüz var”, - o deyib.

Medvedev “düşmənlərin darmadağın ediləcəyinə, Rusiya isə öz şərtləri ilə sülhə nail olacağına” əmin olduğunu bildirib.
 
Arzu