-
- 2-09-2023, 12:21
- 292
Fransada mübahisəli pensiya islahatı qüvvəyə minir
Nümayişlərə səbəb olan və milyonlarla insanı küçələrə çıxaran mübahisəli pensiya islahatı Fransada qüvvəyə minib.
News24.az xəbər verir ki,bu barədə "Habe 7" məlumat yayıb.
Bu gündən pensiya yaşı 2030-cu ilə qədər hər il 3 ay artırılaraq, tədricən 62-dən 64-ə yüksələcək. Minimum pensiya ayda 1200 avro idi. Tam pensiya almaq üçün 2027-ci ildə 43 il sığorta haqqı ödəmək lazımdır. 21 yaşından əvvəl işə başlayanlar və ya əlil vətəndaşlar daha tez pensiyaya çıxa biləcəklər.
Qeyd edək ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Aydan