Hindistanın günəş stansiyası işə salındı
    • 2-09-2023, 12:21
    • 103

Hindistanın günəş stansiyası işə salındı

Hindistanın Aditya-L1 avtomatik günəş stansiyası uğurla işə salınıb.

News24.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, göyərtəsində stansiya olan PSLV C57 daşıyıcı raket Benqal körfəzindəki Şriharikota adasındakı milli kosmodromdan buraxılıb.

Stansiyanın 125 gün ərzində Günəşi sərbəst şəkildə müşahidə etməyə və onun radiasiyasını qeyd etməyə başlayacağı halo orbitə çatacağı gözlənilir.


Ayşən