Hindistan bu tarixdən kosmosa turist göndərəcək - Qiymət sərvət dəyərindədir
    • 16-03-2023, 10:53
    • 218

Hindistan bu tarixdən kosmosa turist göndərəcək - Qiymət sərvət dəyərindədir

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 2030-cu ilə qədər kosmosa turist uçuşları həyata keçirmək niyyətindədir.

News24.az xəbər verir ki, Hindistanın Kosmik Agentliyinin rəhbəri Sridhara Paniker Somnat artıq turizm modulu üzərində işlərin aparıldığını vurğulayıb. 

"Hazırda Hindistanın təhlükəsiz və təkrar istifadə edilə bilən kosmik turizm modulu üzərində iş aparılır. Biletin qiymətinin təxminən 60 milyon rupi (təxminən 700 min dollar) olacağı ehtimal edilir. Bu səfərə çıxan insanlar da özlərini astronavt adlandıra biləcəklər" - deyə Somnat bildirib. 

Təşkilat rəhbəri turistləri hansı hündürlüyə qaldırmağın planlaşdırıldığını və onların kosmosda nə qədər vaxt keçirəcəklərini dəqiqləşdirməyib. Onun fikrincə, bu proqram Hindistanın qlobal kosmik xidmətlər bazarında mövqeyini gücləndirəcək. /Hindustan Times/

Teymur MƏMMƏDOV