Arvadını yatdığı yerdə doğradı - MƏHKƏMƏ İŞİ
    • 2-09-2023, 14:44
    • 666

Arvadını yatdığı yerdə doğradı - MƏHKƏMƏ İŞİ

Gəncə Ağır Cinayətlət Məhkəməsində Ağdamda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Sahib İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxəs hökm oxunub. 

Məhkəmənin hökmü ilə S. İbadov 18 il azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə ötən il dekabrın 21-də Ağdam rayonunun məcburi köçkünlər məskunlaşan Təzəkənd yaşayış massivində baş verib. 

Həmin ünvanda yaşayan 1974-cü il təvəllüdlü Sahib İmanov gecə saat 01 radələrində yaşadığı evə gələrək üzərində olan bıçaq və çapacaqla yatmış vəziyyətdə olan həyat yoldaşı, 5 uşaq anası Tünzalə İbadovanı çoxsaylı xəsarətlər yetirib. S. İbadov hadisə zamanı T. İbadovaya 70 bıçaq və çapacaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib. 

Hadisənin qısqanclıq zəminində baş vberdiyi bildirilir. Hadisəni törədən S. İbadovun içki düşkünü olduğu, hadisəni törədən vaxt da sərxoş olduğu bildirilir. 

Faktla bağlı Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb, S. İbadov saxlanılıb. 

Samir Əli