Kərkükdə komendant saatı ELAN EDİLDİ
    • 2-09-2023, 21:30
    • 227

Kərkükdə komendant saatı ELAN EDİLDİ

İraqın Kərkük şəhərində bir qrup KDP tərəfdarı ordunun nəzarətində olan binanın KDP-yə verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə nümayiş keçirib. Kürdlərin sıx yaşadığı Kərkükün Rəhimava bölgəsində bu gün günorta saatlarında toplaşan etirazçılar təkər yandırıb, bəzi yolları bağlayıblar.

News24.az xarici mediaya istinadən xəbər verir ki, KDP-yə bağlı bu qruplar daha sonra Kərkük şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib.

Kərkükdə baş verən bu hadisələrə görə komendant saatı elan edilib.

Günəş Mərd