Dərədən qadın MEYİTİ TAPILDI
    • 3-09-2023, 21:54
    • 225

Dərədən qadın MEYİTİ TAPILDI

Adanada dərə yaxınlığında qadın meyiti tapılıb. 

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Adananın Sarıçam rayonunda bir qrup vətəndaş dərə kənarında qadın cəsədi görüb.

Vətəndaşlar 112-yə zəng edərək hadisə ilə bağlı məlumat veriblər. 

Xəbərdarlıq üzərinə əraziyə polis qrupları gəlib. 

Müayinə zamanı 4-5 günlük olduğu təxmin edilən cəsədin ayaq və boyun nahiyələrində yaralar olduğu müəyyən edilib .

Faktla bağlı araşdırma başladılıb.

Günəş Mərd