-
- 4-09-2023, 08:29
- 178
Bu ölkədə elektron siqaretlər QADAĞAN EDİLİR
Fransa Baş nazir Elizabet Born verdiyi açıqlamada, Fransada siqaretlə mübarizə çərçivəsində birdəfəlik elektron siqaretlərin qadağan ediləcəyini bildirib.
News24.az Fransa KİV-ə istinadən xəbər verir ki, Born RTL nəşriyyatına bildirib ki, hökumət tezliklə siqaretlə mübarizə üçün yeni milli plan təqdim edəcək, xüsusən gənclərə pis vərdişlər aşılayan birdəfəlik elektron siqaretləri qadağan edəcək.
Borne ölkədə ildə 75.000 insanın ölümünə səbəb olan siqaretdən istinadənin azaldılması üçün daha geniş tədbirlərin görüləcəyini qeyd edib.
Qeyd edək ki, artıq bir çox Avropa ölkələri siqaretlə bağlı qadağalar qüvvəyə mindirib. Belçikada onlayn satış qadağan edilib. Almaniyada isə hökumət bütün ətirli elektron siqaretləri qadağan edib.
Günəş Mərd