-
- 20-01-2020, 14:02
- 1 626
Birdəfəlik plastik əşyalar QADAĞAN EDİLİR
Çin birdəfəlik istifadə edilən plastik boruların və deqradasiyaya uğramayan paketlərin istifadəsini qadağan edəcək.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Böyük şəhərlərdə plastik torbaların istifadəsinə qoyulan qadağanın 2020-ci ilin sonunda qüvvəyə minəcəyi qeyd olunub. Ölkə daxilində tam qadağa 2025-ci ildən etibarən qüvvəyə minəcək.
Bundan əlavə, 2020-ci ilin sonunda ölkənin restoranlarında su içmək üçün istifadə edilən birdəfəlik plastik borular da qadağan olunacaq.
Eyni zamanda restoranlardan birdəfəlik plastik əşyaların istifadəsini 30% azaltmaq tələb olunacaq. Otellər isə 2025-ci ilə qədər plastik qablardan tamamilə imtina etməli olacaqlar.
Qeyd edək ki, Çin dünyada plastik istehsalında liderlərdən biridir.