Bayden Çin liderinin G20-də iştirak etməməsindən MƏYUSDUR
    • 4-09-2023, 09:20
    • 152

Bayden Çin liderinin G20-də iştirak etməməsindən MƏYUSDUR

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla belə, ABŞ Prezidenti Si Cinpin ilə görüşmək niyyətində olduğunu qeyd edib.

Daha əvvəl “Reuters” xəbər vermişdi ki, Si Cinpin G20 sammitində iştirak etməyəcək. Çini sammitdə ölkənin Baş naziri təmsil edəcək.

Rusiya Prezidenti Vladimir Putinin də sammiti iştirak etməyəcəyi bildirilir. Onun tapşırığına əsasən, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Xatırladaq ki, Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. G20 sammit sentyabrın 9-10-da Dehlidə keçiriləcək.