Putindən G20 qərarı!
    • 29-08-2023, 14:03
    • 170

Putindən G20 qərarı!

Rusiya prezidenti Vladimir Putin bu il sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 Liderlər Sammitində iştirak etməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Hindistanın NDTV kanalının məlumatına görə, Putin dünən bu il G20 sammitinə ev sahibliyi edəcək Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Görüş zamanı Putin G20 Sammitində iştirak edə bilməyəcəyini və onun yerinə xarici işlər naziri Sergey Lavrovu təyin edəcəyini bildirib.

Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi yer almayıb.

Bəyanatda liderlərin iki ölkə arasında sıx əməkdaşlıq haqqında razılığa gəldiyi vurğulanıb.

Hindistan rəhbərliyindən verilən açıqlamada Modinin Putinin sammitə qatılmamaq qərarını anladığı qeyd edilib.

Aydan