-
- 4-09-2023, 12:10
- 210
Reznikov buna görə istefa verib: "RÜŞVƏT MÜNAQİŞƏ TƏNQİD..."
“Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun istefasınıb bir neçə səbəbi var. O cümlədən Rusiya ilə münaqişənin uzanması və nazirin tənqidi də əsas rol oynayır”
News24.az “The New York Times”a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyası məlumat yayıb.
Nəşrin yazdığına görə , Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin uzanması səbəbindən yeni hərbi rəhbərliyin zəruriliyini anlayır: “Bundan əlavə, bir çox ictimai təşkilatlar və ölkə mediası Reznikovu ordudakı korrupsiyaya görə tənqid edib. Qeyd olunur ki, Kiyevə çoxmilyardlıq hərbi yardımın əleyhinə olan bəzi ABŞ siyasətçiləri maliyyələşməni məhdudlaşdırmaq istəklərini bu amillə izah ediblər. Mühüm amil Reznikovun özünün Ukrayna Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən istefa verməsi ilə bağlı müraciətləri olub. Eyni zamanda, ABŞ-da nazirliyin rəhbərliyində dəyişikliklər yəqin ki, gözlənilmirdi.Rusiya xüsusi əməliyyatı başlayandan bəri müdafiə naziri vəzifəsinə namizəd Rüstəm Umerov bir sıra mühüm funksiyaları öz üzərinə götürüb"
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Reznikov bu gün istefa ərizəsini təqdim edib. O, 2021-ci ildən nazir vəzifəsində çalışır.
Ayşən