-
- 4-09-2023, 11:12
- 213
Reznikov istefa ərizəsini parlamentə təqdim etdi
Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa verib.
News24.az xəbər verir ki, o, açıqlamasını sosial şəbəkədə yayıb.
“Ukrayna prezidenti Vladimir Zelenskinin qərarına uyğun olaraq istefa ərizəsini Ukrayna Ali Radasına təqdim etmişəm”, - Reznikov bildirib. O, öz bəyanatını Facebook sosial şəbəkəsində dərc edib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik etməlidir.
Aydan