“İran prezidenti tezliklə Türkiyəyə səfər edəcək” - Hakan Fidan
    • 4-09-2023, 13:17
    • 199

“İran prezidenti tezliklə Türkiyəyə səfər edəcək” - Hakan Fidan

“İran prezidenti İbrahim Rəisi yaxın günlərdə Türkiyəyə səfər edəcək”.

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə keçirdiyi mətbuat konfransında deyib.

Türkiyəli nazir bildirib ki, Tehrandakı danışıqlar zamanı tərəflər Birgə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər. 

“Biz sərhədlərin birgə təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, ticarət və əməkdaşlıq məsələlərini müzakirə etdik” - deyə, Fidan qeyd edib. 

O, Ankaranın İran-Səudiyyə Ərəbistanı əlaqələrinin bərpasını alqışladığını da bildirib. 

Aynurə